Gəncədə yaşayış binasında yanğın 

13:15 18.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yanğın qeydə alınıb.

FHN-dən hafta.az-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisındə 50 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.